Müdafiə Nazirliyi: Azərbaycan təmsilçiləri müsabiqədə 3-cü yerə çıxdı-VİDEO

"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatıb.
Münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.
Son xəbərlər 
Daha çox 























