• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan ona uzadılan sülh əlini fürsət hesab etməlidir”

“Ermənistan ona uzadılan sülh əlini fürsət hesab etməlidir”
25.11.2021 21:47
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, iclasda Qafqazda baş verən hadisələr də müzakirə olunub.

"Qara dəniz və Qafqazda baş verən hadisələr müzakirə olunub. Biz şimaldakı qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq”, - iclasda bildirilib.

Həmçinin qeyd olunub ki, Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir.

Bundan əlavə, görüşdə regional məsələlər, xüsusilə terrorla mübarizə, Suriya və Liviya mövzuları müzakirə edilib. Terror təşkilatlarına heç bir güzəşt edilməyəcəyi vurğulanıb.

İclasda müzakirə olunan mühüm məsələlər arasında iqtisadiyyat da olub. Bildirilib ki, Türkiyənin qurduğu möhkəm infrastruktur üzərində məqsədlərinə uyğun olaraq investisiya, istehsal, məşğulluq və ixracyönümlü iqtisadi siyasətlərin həyata keçirilməsi prosesində qarşılaşdığı və qarşılaşa biləcəyi çətinliklər və təhdidlər qiymətləndirilib. 

Qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının iclası üç saat davam edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol