• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışıb
23.02.2022 23:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib.


 "Anadolu” xəbər verir ki, bu barədə dövlət başçısı Afrika turnesindən qayıdan zaman danışıb.


"Ermənistan xüsusi nümayəndələrin təyin edilməsi ilə başlayan prosesi davam etdirməkdə qətiyyətli olarsa, biz sərhədləri qapalı saxlamarıq”, - Prezident vurğulayıb.


Onun sözlərinə görə, Almaniya Prezident Frank-Valter Ştaynmayerlə Seneqalda keçirdiyi görüşdə də bu mövzu gündəmdə olub: "Bilirsiniz, mən onsuz da Ermənistanın atacağı müsbət addımlara eyni şəkildə qarşılıq verəcəyimizi söyləmişdim. Bu bölgənin sülh, sabitlik və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmiz ilə Ermənistan arasında da normallaşma prosesi başlatmaq üçün səmimi cəhdlər edirik.


Azərbaycan Prezidenti İlham Əliyev qardaşım da bunu faydalı hesab edir. Ermənistanın bizimlə normallaşma prosesində nümayiş etdiyi iradədən məmnunuq. Bu prosesi davam etmək üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində konkret gözlənləri olduğunu bilirik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol