• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
01.04.2022 16:01
İtaliyanın xarici işlər naziri Luici Di Mayo aprelin 2-də  Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, daha sonra nazirlər mətbuat qarşısında bəyanatlarla çıxış edəcəklər.

Tərəflər ikitərəfli münasibətləri müzakirə edəcək, regional proseslərlə bağlı fikir mübadiləsi aparacaqlar.
 
Sabiq xarici işlər naziri politoloq Tofiq Zülfüqarov İtaliyanın xarici işlər nazirinin Bakıya səfərinin enerji məsələrinin müzakirə olunması etimalı ilə əlaqəli ola biləcəyini deyir.
 
"Sabahkı görüşdə enerji məsələrinin müzakirəsi istisna deyil. Avropada enerji böhranı var. Bizim İtaliya ilə enerji təminatı barəsində layihəmiz var. Bu barədə müzakirələrin olması gözləniləndir" sabiq nazir bildirib. 

Enerji məsələləri üzrə ekspert İlham Şabannın sözlərinə görə isə İtaliya yenidən öz ölkəsi üçün Azərbaycandan qaz həcmlərinin payını artıra bilər.
 
"İtaliya 2013-cü il 19 sentyabr tarixli sazişə görə Azərbaycandan 25 il müddətinə 8 milyard kub metr olmaqla Azərbaycan qazı alır. Hazırda qazın almasına davam etməsinə maraqlıdır və hətta bu həcmləri artırmaq üçün müzakirələr apara bilər. 2022-ci ilin yanvarın yekunlarına görə Azərbaycanın 5 ölkə ixrac etdiyi qaz həcmlərinin xüsusi çəkisində ən yüksək paya malikdir. ehtimal edirəm ki, İtaliyanın xarici işlər nazirinin sabahkı görüşündə bu məsələr müzakirə oluna bilər" İlham Şaban deyib. 
 
Politoloq Zaur Məmmədov isə İtaliyanın xarici işlər nazirinin sabahkı görüşündə bir neçə məsələlərin müzakirə olunacağını hesab edir.
 
"Düşünürəm ki, sabahkı görüşdə əsas məsələlərdən biri dünyada son baş verən hadisələrin müzakirəsi əsas yer tutacaq.eyni zamanda həm İtaliyada,həm də Avropa İttifaqında Azərbaycanla bağlı bəyanatlar səsləndi. Bu bəyanatların böyük hissəsinin neft,qaz,enerji məsələrinin idxalının daha da artırmasına yönəlib. Beynəlxaq enerji agentliyi Azərbaycandan 2023-cü ildən başlayaraq qazın idxalını qarşısına məqsəd qoyub.
 
Dünyada son baş vetən hadisələrin müzakirəsi də nəzərdə tutulur.Eyni zamanda həm Avropa İttifaqında,həm də İtaliyada Azərbaycanla bağlı bəyanatlar səsləndi. Bu bəyanatların böyük hissəsini neft,qaz  enerji resursları ilə bağlı Azərbaycandan idxalının daha da artırılmasına yönəlib.Beynəlxalq enerji agentliyi Azərbaycandan 2023-cü ildən başlayaraq qazın idxalını qarşısına məqsəd qoyu.Yaxın illərdə də Azərbaycandan İtaliyaya qazın verilməsində artım müşahidə edə bilərik" politoloq bildirib. 
 
Politoloq Gültəkin Hacıbəyli isə hesab edir ki, İtaliyanın xarici işlər naziri Luici De Mayo Qafqaz turnesi çərçivəsində həm Azərbaycana, həm Ermənistana səfər edəcək. Onun səfəri bir neçə məqsədə xidmət edəcək. 

"Nazir ilk öncə yeni yaranan Azərbaycan-İtaliya Strateji Dialoqunun ilk toplantısında iştirak edəcək. Bu, İtaliyanın bölgəmizdə maraqlarının artmasına və əlaqələrin dərinləşməsində maraqlı olmasına dəlalət edir. Səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yanaşı energetika naziri Pərviz Şahbazova da nəzərdə tutulan görüş heç şübhəsiz ki, ölkəmizin Italiyanın və Avropanın qaz təminatındakı rolu ilə bağlıdır. Cənab De Mayo sərt anti-Putin mövqeyi ilə seçilən, hətta publik çıxışlarında onu açıq şəkildə təhqir edərək "ən təhlükəli heyvan" adlandıran siyasətçi olduğunu nəzərə alsaq, onun ölkəsinin və Avropanın Rusiyadan qaz asılılığından qurulmasına xüsusi önəm verməsi anlaşılandır", - Hacıbəyli bildirib. 

Onun fikrincə, ümumiyyətlə, Italiya istər Azərbaycan, istərsə də Ermənistanla yaxşı əlaqələri olan dövlət kimi bölgəmizdə barışa da töhfə verə bilər və münaqişə durumunda olan iki bölgə ölkəsinə səfərə həm də bu konteksdə baxılmalıdır.

 
Gülnar Nazimqızı


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol