• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçiriləcək

BMT Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçiriləcək
16.01.2023 11:52
Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 30-da Haaqa Sülh Sarayında Ermənistanın Azərbaycana qarşı iddiası üzrə açıq dinləmələr keçirəcək. Bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb.

Bildirilib ki, dekabrın 29-da Ermənistan iddia qaldıraraq Haaqa məhkəməsindən Azərbaycanı Laçın dəhlizində etirazlara dəstək verməyi dayandırmağa və onun blokunu açmağa məcbur etməyi tələb edib.
 
2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini bağlayıb. Rəsmi Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.


İrəvan bunu humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib. Respublikanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında bəyan edib ki,  blokadaya görə Qarabağda ərzaq qıtlığı yaranıb. Dekabrın 14-də Ermənistan Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa məcbur etmək tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
 
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə verdiyi müsahibədə bildirib ki, humanitar yardımların aparılmasında heç bir problem yoxdur və aksiya keçirildiyi dövr ərzində 400-dən çox sülhməramlı maşını Laçın dəhlizindən keçib. Prezident bəyan edib ki, Azərbaycan məqsədinə çatmayana qədər həmin yolda aksiya davam etdiriləcək.

Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol