• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla sərhədin delimitasiyası Komissiyasına katib Murad Nəcəfbəyli təyin edilib

Ermənistanla sərhədin delimitasiyası Komissiyasına katib Murad Nəcəfbəyli təyin edilib
12.04.2023 15:15
Baş nazir Əli Əsədov Murad Nəcəfbəylini dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edib. Qafqazinfo saytı yazır ki, Bu barədə Əsədov sərəncam imzalayıb. 

Əli Əsədov ötən ilin oktyabrında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.
 
Murad Nəcəfbəyli bu vəzifəyə təcrübəli diplomat kimi təyin edilib. Belə ki,o, uzun illər Xarici İşlər Nazirliyində çalışıb. Azərbaycanı xarici ölkələrdə səfir kimi təmsil edib.

Daha əvvəl İsveçrə və Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfir olan M.Nəcəfbəyli BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə vəzifəsində də çalışıb.

Murad Nəcəfbəylinin sonuncu iş yeri Estoniyadakı Azərbaycan səfirliyi olub. Prezident İlham Əliyev 2021-ci ildə onu səfir vəzifəsindən geri çağırıb.
Maraqlıdır ki, M.Nəcəfbəylinin iki qardaşı da diplomatdır. Qardaşı Hüseyn Nəcəfov Azərbaycanın Rumıniyadakı səfiri, digər qardaşı Eldar Nəcəfov isə Xarici İşlər Nazirliyinin İkinci Asiya İdarəsinin rəis müavinidir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol