• $
  • €
  • ₽
  • ₺
  • £

XİN diplomatik xidmətə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb

XİN diplomatik xidmətə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb
19.06.2023 20:04
Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbul peşəkar meyarlar, bərabərlik və şəffaflıq prinsipləri əsasında mərkəzləşdirilmiş qaydada müsabiqə formatında həyata keçirilir.

Bu barədə XİN-dən  məlumat verilib.
 
Bu məqsədlə, 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə təşkil olunub.

Müsabiqənin yazılı imtahan mərhələsi 23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib. Qeyd edilən imtahanda 460 nəfər iştirak edib. Yazılı imtahanda namizədlərə qapalı və açıq tipli test tapşırıqları, həmçinin esse tapşırıqları (Azərbaycan dili və xarici dil blokunda) təqdim olunmuşdur. Namizədələr qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 iştirakçının müəyyən edilə bilməsi üçün yazılı imtahanın hər bir tərkib hissəsi (test, Azərbaycan dilində icra edilən esse və xarici dildə icra edilən esse) müstəqil və bərabər səviyyədə nəzərə alınıb.

Müsabiqənin yekunlarına əsasən, 67 namizədin nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub və namizədlərin XİN-də vakansiyalara uyğun olaraq 2 il müddətində XİN-ə işə qəbul ediləcəyi elan edilib. Hazırda, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə keçmiş namizədlərin 90%-i artıq diplomatik xidmətə işə qəbul olunublar.
 
Qarşıdakı aylar ərzində işə qəbul prosesinin yekunlaşması planlaşdırılır.

Diplomatik xidmətə növbəti işə qəbul müsabiqəsinin təşkil edilməsi istiqamətində hazırlıq işləri artıq tamamlanıb və yaxın günlərdə bu barədə elan veriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol