• $
  • €
  • ₽
  • ₺
  • £

REAL partiyası bağlansa Erkin Qədirli mandatından imtina edə bilər - İlqar Məmmədov

REAL partiyası bağlansa Erkin Qədirli mandatından imtina edə bilər - İlqar Məmmədov
20.07.2023 14:12
REAL partiyası bağlandığı təqdirdə Erkin Qədirli deputat mandatından imtina edə bilər. Bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. 

"Biz partiya olaraq qeydiyyatımızın ləğv olacağı təqdirdə Erkin Qədirli haqqında hansı qərar verəcəyimizi hələ ki, müzakirə edirik Azərbaycanda seçki sistemi majoritardır. Hər bir deputat partiyanı təmsil etməklə yanaşı, həm də öz dairəsinin seçicilərini təmsil edir. Bu baxımdan Azərbaycan seçki sistemi Böyük Britaniya və Amerika parlament sisteminə oxşayır. Avropada partiyaların intizamı daha yüksəkdir. Bizdə isə deputat həm özünü təmsil edir, həm partiyanı təmsil edir, həm də seçiciləri. Biz partiya olaraq qeydiyyatımızın ləğv olacağı təqdirdə hansı qərar verəcəyimizi hələ ki, müzakirə edirik. Amma ola bilər ki, vətəndaşlar hökumətin bu qərarına etiraz edərək Erkin Qədirlinin parlamentdən çıxmasını tələb etsinlər. Partiyamızın da belə bir qərar verməsi mümkündür. Hələlik bununla bağlı qəti bir qərar yoxdur, amma ola bilər", - Məmmədov iyulun 20-də keçirdiyi brifinqdə deyib.
 
Erkin Qədirli Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü olaraq Milli Məclisinin VI çağırış deputatıdır. O, 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib olub. Erkin Qədirli Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin və Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü seçilib.

Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol