• $
  • €
  • ₽
  • ₺
  • £

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını qınayıb
01.08.2023 18:20
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri M. Kalyurdand, Ermənistan üzrə daimi məruzəçi A. Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Z. Zovko Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ilə bağlı guya "humanitar vəziyyətin” olduğunu iddia etdikləri anti-Azərbaycan bəyanatını qınayıb.

Bu barədə  Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir.

"Avropa Parlamenti, ələlxüsus, adları keçən üç deputat Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onların tutduğu mövqe Ermənistanın mövqeyindən də radikal olmuşdur.

Avropa Parlamentinin Ermənistanın yoxlanmamış iddialarını dərhal dəstəkləməsi fonunda, onun Ermənistan ərazisində aparılmış etnik təmizləmə nəticəsində orada bir nəfər də olsun azərbaycanlının qalmaması, Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susması açıq-aşkar qərəzdir.

Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi körükləməkdir.

Biz Avropa Parlamentini qərəzli yanaşmasından əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq", - icmadan qeyd olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol