• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla Azərbaycan arasında müharibə gözləmirik - İranın müdafiə naziri

Ermənistanla Azərbaycan arasında müharibə gözləmirik - İranın müdafiə naziri
13.09.2023 12:12
İran regionda Ermənistanla Azərbaycan arasında hər hansı müharibə olacağını gözləmir. Bunu İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, briqada generalı Məhəmmədrza Aştiani mətbuata açıqlamasında deyib. 
 
Regionda müharibə olmayacaq və İslam Respublikasının geopolitik suallar üzrə mövqeyi aydındır. Biz regionda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyik və bunu hamı bilir. Hadisələrin hazırkı gedişatı göstərir ki, xüsusi bir şey olmayacaq”, - iranlı nazir vurğulayıb. 
 
Sentyabrın 11-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib ki, Tehran Qafqazdakı vəziyyəti diqqətlə izləyir və sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır. 
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib ki, Azərbaycan sərhəddə qoşun yığır. Rəsmi Bakı Paşinyanın bu fikirlərini rədd edərək bildirib ki, əksinə Ermənistan tərəfi sərhəddə səngərlər qazmağa və qoşun yığmağa cəhdlər edir.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə,  sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. 
 
Gülnar Nazimqızı 

 

 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol