• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli mağaza və köşklərin sayı azalır - Ziyad Səmədzadə

Yerli mağaza və köşklərin sayı azalır - Ziyad Səmədzadə
28.09.2023 13:08
Azərbaycanda yerli mağaza və köşklərin sayı azalır. Bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib. 
 
"Hansı rayona gedirsən, mağazaların azaldığını müşahidə edirsən. Əvəzində isə supermarketlərin sayı artır. Milli dəyərlər azalır. Real istehsaldan uzaq düşürük. Daxili bazarı qorumaq lazımdır. Bir çox avropa standartları qarşısında özümüzü kiçik bilirik. Liberal iqtisadiyyatın da bir həddi olmalıdır. Rəqabət Məcəlləsi onda işləyəcək ki, bizim daxili bazarımız yüksək səviyyədə olsun. Hazırda kənd təsərrüfatı sahəsində rəqabət yoxdur. İri təsərrüfat yaratmayıq ki, rəqabət olsun. Zəruri qanun layihəsidir", - deputat  sentyabrın 28-də Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib.  
 
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
 
Gülnar Nazimqızı

 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol