• $
  • €
  • ₽
  • ₺
  • £

Şarl Mişel - Rusiya Qarabağda əməliyyatlara reaksiya verməyib

Şarl Mişel - Rusiya Qarabağda əməliyyatlara reaksiya verməyib
03.10.2023 16:52
Avropa Şurasının rəhbəri Çarlz Mişel Rusiyanın Qarabağdakı əməliyyatına heç bir reaksiya vermədiyini iddia edib. Bu barədə Mişel "Euronews"a müsahibəsində deyib. 
 
O bildirib ki, Avropadan fərqli olaraq Rusiyanın buna imkanı olub, çünki sülhməramlı kontingenti regionda olub. 

"Vəziyyət aydındır - heç kim görməyə bilməz - Rusiyanın erməni əhalisinə xəyanət etdiyini... Orada heç bir hərbi varlıq yoxdur. Belə olan halda Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Bakı beynəlxalq ictimaiyyətə Qarabağdakı vəziyyəti izləmək imkanı verməlidir.
 
Bir neçə gün öncə Qarabağa 30 ildən sonra ilk dəfə BMT missiyası gəlib. Missiya Qarabağdakə əhalinin sosial vəziyyətini və regiondakı prosesləri müşahidə edib. 
 
Qondarma rejim yanvarın 1-dən ləğv olunması ilə bağlı qərar qəbul edib. 
 
Bakı reinteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Qarabağda yaşamaq istəyən ermənilər saytda qeydiyyatdan keçməklə vətəndaşlıq üçün müraciət edə bilərlər. 

Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib.Əməliyyatın məqsədi Qarabağda genişmiqyaslı təxribatların qarşısını almaq, həmçinin Ermənistan ordusunun bölmələrinin tərksilah edilməsi və bölgədən çıxarılması olacaq. Sentyabrın 20-də Bakı və Qarabağ Rusiya sülhməramlılarının köməyi ilə atəşkəs haqqında razılığa gəlinib. Müqaviləyə uyğun olaraq, Qarabağın silahlı birləşmələri buraxılacaq, onun ağır texnikası çıxarılaraq təhvil veriləcək. Bu prosesin həyata keçirilməsinə Rusiya sülhməramlı missiyası nəzarət edəcək.

Gülnar Nazimqızı 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol