• $
  • €
  • ₽
  • ₺
  • £

İcmal: Azərbaycanda süni intellekt strategiyası: imkanlar, risklər və əsas çağırışlar

İcmal: Azərbaycanda süni intellekt strategiyası: imkanlar, risklər və əsas çağırışlar
08.12.2025 14:43

Azərbaycanda süni intellektin (Sİ) bütün sahələr üzrə tətbiqi dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşsə də, bu prosesin uğuru ilk növbədə cəmiyyətlə düzgün kommunikasiya, keyfiyyətli məlumat bazaları və peşəkar kadr hazırlığından asılıdır. Bu mövqe Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransında səsləndirilib.

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın qlobal Sİ yarışında geri qalmamasının vacibliyini vurğulayıb. Deputatın sözlərinə görə, süni intellekt artıq Azərbaycanın yaxın tarixində real nəticələr verib və Vətən müharibəsində tətbiq olunan texnologiyalar bunun bariz nümunəsidir. O, Sİ-ni “zəka sənədi” adlandıraraq, bu sahənin inkişafı üçün əhali ilə sadə və anlaşılan dildə ünsiyyət qurmağı bacaran kadrların hazırlanmasının vacibliyini qeyd edib.

Akademik Adil Qəribov isə süni intellektin real tətbiqi üçün əsas şərtin geniş və keyfiyyətli data bazalarının formalaşdırılması olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda bir sıra qurumlarda rəqəmsallaşma süni intellektlə eyniləşdirilir ki, bu da yanlış yanaşmadır. Qəribov vurğulayıb ki, Sİ-yə keçid hər bir qurum üzrə ayrıca yol xəritəsi tələb edir. AMEA rəsmisi eyni zamanda kənd təsərrüfatında quraqlaşma ilə bağlı açıq məlumat çatışmazlığının Sİ modellərinin inkişafına mane olduğunu bildirib.

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firuddin Qurbanov süni intellektin ekoloji risklərinə diqqət çəkib. O qeyd edib ki, dünyada fəaliyyət göstərən milyonlarla data mərkəzi yüksək enerji sərfi ilə işləyir və bu, iqlim dəyişikliklərinə əlavə təzyiq yaradır. Nazir müavini bir kompüterin istehsalı zamanı xammal sərfinin miqyasını nümunə göstərərək Sİ-nin “gizli ekoloji yükü”nü vurğulayıb. Qurbanovun sözlərinə görə, bu sahədə kadr hazırlığı həlledici rol oynayır və hazırda 407 məktəbdə STEAM layihələri çərçivəsində süni intellekt mövzuları tədris olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Saməddin Əsədov isə bildirib ki, Azərbaycan 2028-ci ilə qədər süni intellektin tətbiqi və idarə olunması üçün xüsusi proqramlar, normativ tənzimləmələr və texniki standartlar hazırlayır. Onun sözlərinə görə, Sİ ekosistemi idarəetmə, məlumat keyfiyyəti, insan resursları və tətbiq mərhələlərindən ibarətdir və bu prosesin böyük hissəsi insan amilindən asılıdır.

Konfransda həmçinin vurğulanıb ki, süni intellekt sahəsində hüquqi tənzimləmələrin formalaşdırılması milli təhlükəsizlik baxımından vacibdir. Deputatlar çıxışlarında Azərbaycanda Sİ ilə bağlı ayrıca qanunun qəbul edilməsinin zəruriliyini qeyd ediblər.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol