Qarabağ separatçılarının komandanı xəstəxanalıq oldu

15:41 | 09.10.2017
Qarabağ separatçılarının komandanı xəstəxanalıq oldu

Qarabağ separatçılarının komandanı xəstəxanalıq oldu

İşğal altında olan Qarabağda yerləşən qondarma qurumun seperatçı hərbi birləşmələrinə rəhbərlik edən Levon Mnatsakanyan "Erebuni" tibb mərkəzinə yerləşdirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyanın xəstəxanaya ürək problemlərinə görə aparıldığı bildirilir.

Xatırladaq ki, bir müddət öncə seperatçı qoşunların komandiri Levon Mnatsakanyanın mövqelərə yaxın ərazidə yaralanması barədə məlumatlar yayılmışdı. Hadisə daha sonra erməni KİV-ləri tərəfindən ört-basdır edildi. Görünür, həqiqətən də yayılan məlumatlar doğru olub və Mnatsakanyan ciddi xəsarət alıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM