"Balotelli komandadakı hörmətini itirib"

18:23 | 23.10.2014
"Balotelli komandadakı hörmətini itirib"

"Balotelli komandadakı hörmətini itirib"

Keçmiş futbolçu Maykl Oven "Liverpul"un italyalı futbolçusu Mario Balotellinin oynadığı oyunlarda göstərdiyi zəif oyundan sonra komanda yoldaşlarının ona hörmətinin azaldığını deyib.

"Liverpul"un keçmiş ulduz futbolçusu Maykl Oven "Twitter"dəki hesabında UEFA Çempionlar Liqası oyununda Real Madridə 3-0 hesabı ilə mğlub olan Liverpulun italyalı oyunçusu Mario Balotellini tənqid edib.

"Liverpul" klubunda meydana çıxdığı 10 oyunda cəmi 1 qol vuran 24 yaşlı futbolçunun komandada ona olan ümidləri itirmək üzrə olduğunu bildirən Oven, ama ona individual oyunçu kimi heyran olduğunu bildirib. Bütün buna baxmayaraq Oven növbəti oyunlarda Boltelliyə ilk 11-likdə şans verməyin lazım olduğunu bildirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM