Rus qadını ilə evlənirsən... - Azərbaycanlı deputatdan Mariya Zaxarovaya qarşı sərt reaksiya

15:28 | 14.01.2019
Rus qadını ilə evlənirsən... - Azərbaycanlı deputatdan Mariya Zaxarovaya qarşı sərt reaksiya

Rus qadını ilə evlənirsən... - Azərbaycanlı deputatdan Mariya Zaxarovaya qarşı sərt reaksiya

"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova başından böyük yalan danışır, ermənilər bura gəlib-gedir, evlərində çay içir, qonşularıyla araq içir, şəkil də çəkdirir, deyir-gülür. Hələ çoxu da burada yaşayır". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Aqil Abbas M. Zaxarovanın Azərbaycan tərəfindən erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik edilərək ölkəyə buraxılmaması iddiasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, onların işi-gücü yalan danışmaqdır: "Bizimkilər - Dilqəm Əsgərov və Şahbaz Quliyev öz evlərinə gedəndə isə ikisinə də iş verdilər. Onlar Ermənistana getməmişdilər və bu ölkənin sərhədini də pozmamışdılar. Rusiyanın Azərbaycan əsilli vətəndaşı Dilqəm Əsgərov öz evinə gedəndə tutublar. Ömürlük həbs ediblər. Bəs bu, necə olur?.
A.Abbas hesab edir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi M. Zaxarovanı yerində oturtmalıdır: "Bura gələn ermənilərin siyahısını çap etdirib onlardan bunların kim olduğunu soruşmaq lazımdır. Ermənistandan bizə tərəf keçən ermənilər və ailələri olub, onlar burada yeyib-içiblər, bir çırtma vursan yanaqlarından qan tökülər, elə yeyib-içirlər".

O əlavə edib: "Mariya Zaxarovanın Azərbaycana buraxılmadığı dediyi 16 erməni əsilli Rusiya vətəndaşının kim olduğunu və buraya hansı məqsədlə gəldiyini bilmirəm. Bəlkə onlar vaxtilə Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşublar, ona görə buraxılmayıblar. Rusiyada bir rus qadını ilə evlənirsən, sonra da bu ölkənin vətəndaşı olursan. Rusiya vətəndaşı olmağa nə var ki!".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM