Rusiya nümayəndələri mayda Ermənistana gedəcək

16:35 | 05.04.2024
Rusiya nümayəndələri mayda Ermənistana gedəcək

Rusiya nümayəndələri mayda Ermənistana gedəcək

Rusiya parlamentarilərindən ibarət nümayəndə heyəti 2024-cü ilin mayında İrəvana gedəcək. Bunu senator, parlamentlərarası komissiyanın üzvü Vladimir Cabarov Sputnik Ermənistan platformasının birləşdirilməsi ilə bağlı Moskva-Minsk-İrəvan videokörpüsü zamanı deyib. 
 
İki ölkə arasında münasibətlərdə müəyyən çətinliklərin olması fonunda senator bildirib ki, parlamentlər arasında iş ümumilikdə konstruktiv istiqamətdə gedir.
 
"Ermənistan parlamentariləri ilə normal təmaslarımız var. Mayda Ermənistana gedirik. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Mənə elə gəlir ki, parlamentarilər münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynaya bilərlər", - o qeyd edib. .
 
Siyasətçi etiraf edib ki, qarşılıqlı iddialar və narazılıqlar var və bunların hamısını həll etmək olar.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM