Rusiyada 50-dən çox kriminal avtoritetlər saxlanılıb - Azərbaycanlılar da var

14:34 | 07.02.2023
Rusiyada 50-dən çox  kriminal avtoritetlər saxlanılıb - Azərbaycanlılar da var

Rusiyada 50-dən çox kriminal avtoritetlər saxlanılıb - Azərbaycanlılar da var

Rusiyanın Mıtişçidəki "Qranada” restoranında kriminal avtoritetlərin toplantısında 50-dən çox adam saxlanılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Hadisə fevralın 6-da günorta saatlarında "Qranada" restoranında baş verib. Kriminal avtoritetlərin toplanışı zamanı 52 nəfər saxlanılıb. Axtarış zamanı telefonla bəzilərindən tapança, 1 ədəd "Saiga" karabini, həmçinin adı naməlum maddə götürülüb", - hadisənin qısa təfərrüatlarında bildirilib. 

Saxlanılanlar arasında Azərbaycan, Ermənistan və Tacikistandan olanlar da var. Yığıncaqda iştirak edən bütün şəxslərin cinayətlərdə iştirakı yoxlanılır, həmçinin əcnəbilərin Rusiyada qanuni olub-olmaması da müəyyən edilir.
 
Bundan əvvəl BAZA telegram kanalının yaydığı məlumata görə saxlanıların 48-i azərbayncanlı, ikisi Dağıstanlı, bir Ermənistan və bir Tacikistan vətəndaşı olub. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb