Milli Məclisin bugünkü plenar iclasında Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib...
Qeyd edək ki, 1978-ci ildə Culfa rayonunun Xanağa kəndində anadan olan Rövzət Qasımov Azərbaycan Dillər Universiteti və Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının məzunudur. İngilis və rus dillərində bilir.
Çoxsaylı beynəlxalq konfranslarda, eləcə də nüfuzlu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən seçkiləri qiymətləndirmə və müşahidə missiyalarında ölkəmizi təmsil edib. Beynəlxalq seçki eksperti və təlimçisidir.
Ailəlidir, 3 övladı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !