Saakaşvili Putinin nədən qorxduğunu açıqladı

16:49 | 07.05.2014
Saakaşvili Putinin nədən qorxduğunu açıqladı

Saakaşvili Putinin nədən qorxduğunu açıqladı

Sabiq prezident: "Putin rejimində hər kəsin sonu olacaq"

Ukrayna münaqişəsi Rusiya prezidenti Vladimir Putinin sonu olacaq. 

ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın sabiq prezidenti Mixüil Saakaşvili deyib. Onun sözlərinə görə, Ukraynada xalqın öz hakimiyyətini qurması Vladimir Putini özündən çıxarıb.

“Putin qorxur ki, Ukryanada xalqın iradəsi ilə qurulan yeni hökumət bu ölkədə yaşayan Rusiya vətəndaşları üçün pis nəticələnəcək. Ona görə də Rusiya höuməti çalışır ki, Ukraynanın Maydanda qazandığını əlindən alsın”, - deyə Saakaşvili bildirib.

Sabiq prezident hazırda Ukrayna münaqişəsini 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu ilə müqayisə edib. “Rusiya həmin il ona görə Gürcüstana hücum etdi ki, qarşısında “başqa Gürcüstan” dayanmışdı. Rüşvətin, bürokratların olmadığı, insanların rahat yaşadığı Gürcüstan. İndi bu hadisələr Ukraynada təkrarlanır”.

O, bildirib ki, bütün dünyanın Ukraynanı dəstəklədiyi bir vaxtda Rusiya tək qalıb.

“Rusiyaya qarşı müxtəlif iqtisadi sanksiyalar tətbiq edilir. Bu, mütləq Putinin sonu olacaq. O, tamamilə perspektivsiz siyasətçidir. Putin rejimində hər kəsin sonu olacaq. Əvvəl-axır bu baş verəcək”, deyə Saakaşvili əlavə edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM