Sabahdan çimərliklərin monitorinqinə başlanılacaq

15:00 | 15.05.2017
Sabahdan çimərliklərin monitorinqinə başlanılacaq

Sabahdan çimərliklərin monitorinqinə başlanılacaq

Sabahdan Azərbaycanda çimərliklərin monitorinqinə başlanılacaq.

anews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, monitorinqi Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə aparacaq.

Mayın 16-dan oktyabrın 1-dək aparılacaq monitorinqlər Bakı və Abşeron, Azərbaycanın cənub və şimalında yerləşən bütün çimərlikləri əhatə edəcək. Bu zaman çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil” və Səbail rayonunun "Şıx” çimərliklərindən başqa sahil zolağındakı çimərlik sahələr yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlı hesab edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb