Səfirlik: ABŞ Azərbaycanda çevriliş hazırlamır

11:12 | 09.07.2015
Səfirlik: ABŞ Azərbaycanda çevriliş hazırlamır

Səfirlik: ABŞ Azərbaycanda çevriliş hazırlamır

"ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda çevriliş hazırlamır”.

APA-nın səfirliyin saytına istinadən verdiyi məlumata görə, bu barədə çevriliş hazırlanması barədə mediada gedən məlumatlarla bağlı səfirliyin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, səfir Robert Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib: "Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimaiyyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmsilçiləri ilə də görüşlər keçirir. ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM