Seyran Səxavət: “Anar nəhəng insandır”

18:03 | 14.06.2014
Seyran Səxavət: “Anar nəhəng insandır”

Seyran Səxavət: “Anar nəhəng insandır”

Anar Rzayevin Yazıçılar Birliyinin sədri postuna yenidən namizədliyini irəli sürməsi birmənalı qarşılanmayıb. Xalq yazıçısının “Mən niyə istefa verməliyəm?” fikri isə ona qarşı olanları bir qədər də hiddətləndirib. 
Tanınmış yazıçı Seyran Səxavət isə AzNews.az-a açıqlamasında Anarı müdafiə edib: “Onlar kimi təklif edirlər? Anarı sədr kimi görmək istəmirlər. Amma özlərinin də namizədi yoxdur. Adama deyərlər ki, gəlin, çıxarın ortaya görək, kiminiz var? Bircə adam çıxarın ki, cəmiyyət onu sədr kimi qəbul edə bilsin. Yoxdur axı”. 
S. Səxavət bildirib ki, Yazıçılar Birliyinin “köhnə qvardiya”sı bütünlüklə Anarı dəstəkləyir: “Anar müəllimə səs verəcəyik. Kim istəyir istəsin, biz Anar müəllimi istəyirik. Nəhəng insandır, Azərbaycan mədəniyyətində və ədəbiyyatında misilsiz işlər görüb. Kim onun namizədliyinin əleyhinə çıxır, çıxsın. Bizim üçün maraqlı deyil. Anar ədəbiyyata lazımlı adamdı”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb