Snayperlərin atış bacarıqları yoxlanılır

15:37 | 29.11.2017
Snayperlərin atış bacarıqları yoxlanılır

Snayperlərin atış bacarıqları yoxlanılır

Döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir.

Toplantıda əsas diqqət kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.

Məşğələlər zamanı hədəfin aşkarlanması, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər diqqətdə saxlanılır.

Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan müxtəlif ölkələrin, eləcə də milli müdafiə sənayemizin istehsalı olan müasir snayper tüfəngləri tapşırıqdan, ərazidən, məsafədən və digər amillərdən asılı olaraq təyinatına görə tətbiq edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM