Tbilisidə etiraz aksiyası keçirilir

23:01 | 04.04.2024
Tbilisidə  etiraz aksiyası keçirilir

Tbilisidə etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.Bu barədə AZƏRTAC xəbər verir.
 
Yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar. Aksiya iştirakçıları qanunun qəbul edilməməsinə etiraz edirlər.

Onların fikrincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.
 
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi keçən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılmışdı. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM