Ötən il Aİ ölkələrində terror nəticəsində 150-dən çox insan ölüb

20:34 | 24.05.2016
Ötən il Aİ ölkələrində terror nəticəsində 150-dən çox insan ölüb

Ötən il Aİ ölkələrində terror nəticəsində 150-dən çox insan ölüb


2015-ci il ərzində Avropa İttifaqı ölkələrində baş vermiş terror aktları zamanı 150-dən çox insan ölüb, 360-dan çox adam yaralanıb.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Europol yanındakı antiterror mərkəzinin direktoru Manuel Panyaqua bildirib.
 
Avropa Parlamentinin vətəndaş azadlıqları üzrə komitəsinin üzvləri ilə keçirilən görüş zamanı o bildirib ki, ötən il ərzində Avropa İttifaqı ölkələrində 211 baş tutan və baş tutmayan terror aktı hazırlanıb. M. Panyaquanın sözlərinə görə, 17 qanlı terror aktı cihadçılar tərəfindən hazırlanıb. Buna görə 667 şəxs həbs edilib.
 
"Avropa İttifaqına qarşı hücumlara hazır olan terrorçu qruplar bəsit dəstələrdir. Lakin onların İŞİD-lə əlaqələrinin olması barədə məlumatımız var", - deyə Panyaqua bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM