Türkiyənin Suriya siyasəti dəyişir

17:44 | 20.08.2016
Türkiyənin Suriya siyasəti dəyişir

Türkiyənin Suriya siyasəti dəyişir

 Türkiyə Suriyada keçid dövründə prezident Bəşər Əsədin hakimiyyətdə qalmasına razıdır.

 

APA-nın "Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bu gün xarici KİV-in təmsilçiləri ilə görüşündə bəyan edib. B. Yıldırım deyib ki, Əsəd keçid dövründə hakimiyyətdə qala bilər, ancaq ondan sonra bu, mümkün olmayacaq.

 

Qeyd edək ki, indiyə qədər Türkiyə birmənalı olaraq B.Əsədin hakimiyyətdən getməsi, keçid dövrü üçün keçid hökumətinin qurulması mövqeyinin tərəfdarı qismində çıxış edib.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM