Türkmənistanın Əfqanıstanla sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib

17:17 | 18.04.2016
Türkmənistanın Əfqanıstanla sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib

Türkmənistanın Əfqanıstanla sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib

Hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Türkmənistanın Əfqanıstanla sərhəddə yerləşən Marı vilayətindəki qoşunu döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Report" xəbər verir ki, bu haqda "Xronika Turkmenistana" xəbər yayıb.

Məlumata görə, həmin bölgəyə əlavə qoşun qüvvələri, hərbi texnika yerləşdirilib.

Hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Türkmənistanın Serhetabad (keçmiş adı Quşğa) və Taxtabazar sərhəd yaşayış məntəqələrinə ancaq yerli qeydiyyatı olan sakinlər buraxılırlar. Marı-Serhetabd, Marı-Taxtabazar və sərhədboyu başqa avtomobil yollarına postlar qoyulub.

Xatırladaq ki, artıq üç həftədir Əfqanıstanın Türkmənsitanla sərhəd rayonlarında hökumət qoşunları ilə "Taliban" silahlıları arasında döyüş gedir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM