Tütün və spirtli içkilərin istehsalı və idxalına dövlət nəzarəti gücləndirilir

23:15 | 07.02.2023
Tütün və spirtli içkilərin istehsalı və idxalına dövlət nəzarəti gücləndirilir

Tütün və spirtli içkilərin istehsalı və idxalına dövlət nəzarəti gücləndirilir

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı tütün məmulatlarının və alkoqollu içkilərin istehsalına və ölkəyə idxalına dövlət nəzarətinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə altı ay müddətində aşağıdakı məsələlərlə bağlı təkliflərini ölkə Prezidentinə təqdim etmək tapşırılıb:

tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı şəffaf təsərrüfat fəaliyyətinin təşkili məqsədilə tütün məmulatlarının istehsalı və idxalı üzrə lisenziyalaşdırma sisteminin tətbiqi, alkoqollu məmulatların istehsalı və idxalı üzrə lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi;

tütün məmulatlarına aksiz markalarının alınması zamanı aksiz vergisinin əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi;

Alkoqollu məhsulların pərakəndə satışının minimum qiymətinin müəyyən edilməsi;

Qanunun tələblərini pozaraq tütün məmulatlarının və alkoqollu məmulatların idxalı və istehsalı ilə məşğul olan şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi;

Ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadəyə dair tələblərin ölkənin İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında müəyyən edilməsi.

Bundan başqa, İqtisadiyyat Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birlikdə altı ay müddətində tütün məmulatlarına və spirtli içkilərə aksiz dərəcələrinin mərhələli şəkildə artırılması ilə bağlı təkliflər hazırlayıb ölkənin Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM