• $
  • €
  • ₽
  • ₺
  • £

PKK Abdullah Gülün cangüdənini öldürdü

PKK Abdullah Gülün cangüdənini öldürdü
09.09.2015 10:23
Gülün prezidentlik müddətinin başa çatmasından sonra Fehmi Şahinin İqdıra təyin olunduğu bildirilir.

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün cangüdəni PKK terrorçularının törətdiyi treakt nəticəsində dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, ötən gün Naxçıvanın Türkiyə ilə sərhəddindəki İqdır vilayəti Dilucu sərhəd qapısında PKK-nın hücumu nəticəsində şəhid olan 14 polisdən biri sabiq prezidentin mühafizəçisi Fehmi Şahin olub. Keçən ilin avqustunda Abdullah Gülün prezidentlik müddətinin başa çatmasından sonra Fehmi Şahinin İqdıra təyin olunduğu bildirilir. 

Ölüm xəbərindən mütəəssir olan sabiq prezident Abdullah Gül sosial şəbəkədəki səhifəsində Şahin və digər şəhidlər barədə mesaj yazıb. 


Fehmi Şahin Abdullah Gülün yanında

"Hər gün yeni bir acı ilə ürəyimiz yanır. Bu gündə İqdırda törədilən xain hücumda şəhid olan polislərimiz ürəyimi dağladı. Şəhid olan övladlarımızdan Fehmi Şahin uzun müddət mühafizədəstəmdə çox yaxınımda fəaliyyət göstərib. Fehmini və silahdaşlarını terrora qurban verdiyimiz üçün çox kədərliyəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, polis təşkilatımıza və bütün millətimizə başsağlığı təmənna edirəm”.


Terror hadisəsinin baş verdiyi yer

2 gün əvvəl Türkiyə Hakkari vilayətinin Dağlarca rayonunda 16 əsgərin şəhid olması ilə nəticələnən terror hadisəsi baş vermişdi.

Ötən gün isə Naxçıvanla həmsərhəd İqdır vilayətində törədilən terror aktı zamanı 14 polis əməkdaşı şəhid olub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol