• $
  • €
  • ₽
  • ₺
  • £

Donald Tramp ilk seçkini uduzdu

Donald Tramp ilk seçkini  uduzdu
02.02.2016 13:17
Texas senatoru Ted Cruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.

CNN müxbirləri xəbər verirlər ki, namizədlik kampaniyasında indiyədək şəriksiz lider olan Donald Trump-ın məğlubiyyəti eyni zamanda ümumi siyasət qanunlarının etibarlığını isbat edib.

Xəbər verilir ki, Ayova ştatında keçirilən ilkin namziəd nominasiyasında da Trump, bundan əvvəlki kampaniyada olduğu kimi əsas etibarilə şəxsi populyarlaığına arxalanırdı.

CNN bildirir ki, Trump-ın "böyük fərdiyyətçiliyi”, sosial mediada fəallığı və izdihamlı mitinqləri Cruz-un ənənəvi siyasi yanaşması qarşısında gücsüz görünüb.

Ted Cruz bu ştatda aylardır ki, əsas etibarilə dindar seçicilər arasında kampaniya aparırdı.

Bu qələbə respublikaçıları bir də ona görə ruhlandırıb ki, bu, Ronald Reagan-dan bu yana onların "öz partiyadaşlarının” uğuru olub.

Siyasətçilik populyarlığa qalib gəlib

Cruz bu seçkidə səslərin 28, Trump 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.

Demokrat namizədlərin eyni ştatda keçirilən seçkisində Hillary Clinton kiçik fərqlə Bernie Sanders-i qabaqlayır.

Xanım Clinton səslərin 50, Sanders isə 49 faizini toplayıb, lakin burada səslərin hamısı sayılmayıb.

Amerika mediasının əsas diqqəti Donald Trump-la Ted Cruz-un rəqabətinə yönəlmişdi və CNN bildirir ki, Cruz-un qələbəsi təşkilatçılıq və təşviqatçılığın, populyarlıq və fərdiyyətçilik üzərində qələbəsi kimi qiymətləndirilə bilər.

Maraqlıdır ki, hələ bazar ertəsi keçirilən rəy sorğuları Trump-ın Ayovada qəti qələbə qazanacağını və "respublikaçıların arasına vəlvələ salacağını” göstərirdi.

Seçki nəticələri elan edildikdən sonra Donald Trump indiyədək ən qısa çıxışını edib. O bildirib ki, mübarizəni davam etdirəcək.

Bununla belə, Ayovada partiydaxili seçkilər həmişə gözlənilməz nəticələr verib və bu dəfə də belə olub. /Azadlliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol