• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ əhalisi Avropanın İŞİD-ə qarşı mübarizəsini tanımır

ABŞ əhalisi Avropanın İŞİD-ə qarşı mübarizəsini tanımır
03.03.2016 14:26
 "Sputnik.Rəy” sorğusunun nəticələrinə görə, amerikalıların 80%-i hesab edir ki, Suriyada İŞİD-lə mübarizədə ABŞ əsas qüvvədir. 

Avropanın rolunu qeyd edənlərdən cəmi 8% Almaniya, 25% Rusiya, 29% Böyük Britaniya və 36% Fransanın adını çəkiblər. ABŞ-da sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə "Populus” şirkəti tərəfindən keçirilib.

Almaniyada "Suriyada İŞİD, Əl-Nusra Cəbhəsi kimi terror qruplaşmalarına qarşı mübarizədə aparıcı rolu kim oynayır?” sualına cavabda 36% sorğu iştirakçısı Rusiyanı, 38% isə ABŞ-ı göstərib. Üçüncü yerdə 25%-lə Fransa qərarlaşıb. Rəyi soruşulanların, təxminən 24%-i terrorla mübarizə aparan qüvvələr sırasında Bəşər Əsəd ordusunu və kürdləri qeyd edib.

Fransızlar aparıcı qüvvələr kimi ABŞ (32%), Fransa (29%) və Rusiyanı (23%) qeyd ediblər. Fransalıların cəmi 2%-i Suriyada terrorla mücadilədə Türkiyənin adını çəkib. Böyük Britaniya suala cavabda ABŞ-ın (59%), Böyük Britaniyanın (52%), Fransanın (39%) və Rusiyanın (37%) adlarını çəkib.

ABŞ və Böyük Britaniyada sorğu "Populus” araşdırma şirkəti tərəfindən 3-4 fevral tarixlərində keçirilib. Almaniyada "Forsa” şirkəti 4-8 fevral tarixlərində, Fransada isə sorğunu bu sahədə ən qocaman şirkətlərdən olan "iFop” 3-5 fevral tarixlərində keçirib. Sorğuda Böyük Britaniyada 1047 respondent, ABŞ-da 1004 respondent, Almaniyada 1002 nəfər, Fransada 1499 nəfər iştirak edib.

ABŞ, Fransa, Böyük Britaniya və Rusiya Müdafiə nazirliklərinin məlumatlarına görə, 2016-cı ilin fevralında İŞİD-ə Rusiya 7725, ABŞ 3267, Böyük Britaniya 33, Fransa 5 zərbə endirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol