• $
  • €
  • ₽
  • ₺
  • £

​Bu gündən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayır

​Bu gündən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayır
04.04.2016 12:04
Ödəniş yalnız ABŞ dolları ilə aparılmalıdır

Bu gündən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Bu il Həcc ziyarətinin qiymətləri müvafiq olaraq 3500-4500 ABŞ dolları məbləğində müəyyənləşdirilib.

Ödəniş yalnız ABŞ dolları ilə həyata keçirilməlidir. Ayrılan kvota isə 1500-dür.

Son beş ildə Həcc ziyarəti üçün təyin olunan qiymətlərin müqayisəsi göstərir ki, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin ödədiyi məbləğ ildən-ilə dəyişir, yəni, artır.

"Report"un məlumatına görə, 2011-ci ildə Həcc ziyarətinə avtobusla getmək istəyənlər 2650 manat, təyyarə ilə gedənlər isə 3750 manat ödəyiblər.

2012-ci ildə ilk dəfə olaraq ziyarətə avtobusla getmək ləğv olunub və ilk dəfə VİP Həcc ziyarəti təklif olunub.

Aşağı qiymət 3090, bahalı xidmət 3850 manat olub. Həmin il Azərbaycandan ziyarətə 2000 min zəvvar gedib.

2013-cü ildə qiymətlər müvafiq olaraq 3250 və 4100 manat olub.

2014-cü ildə qiymətlər 2013-cü illə müqayisədə dəyişməyib. 3600 nəfərlik kvotanın ayrıldığı həmin il qiymətlər 3250 və 4100 manat məbləğində olub.

2015-ci ildə Həcc ziyarəti üçün ödənişlər dollarla aparılıb. 2400 nəfərlik kvotanın ayrıldığı ötən il bahalı xidmətin qiyməti 5750 dollar, aşağı qiymət 4700 dollar olub (3250-5000 manat) olub.
Qeyd edək ki, builki qiymətləri mövcud məzənnə ilə milli valyutaya çevirdikdə aşağı məbləğ 5500, yuxarı məbləğ isə 7000 min manata yaxın Azərbaycan manatı edir.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol