• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC prezidenti neftin bahalaşacağını gözləyir

OPEC prezidenti neftin bahalaşacağını gözləyir
08.08.2016 15:18
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) bu ilin III və IV rübündə neftə tələbatın artacağını və "qara qızıl”ın bahalaşacağını gözləyir.
 
"APA-Economics” "Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə kartelin prezidenti, Qətərin energetika naziri Məhəmməd Saleh əs-Səda deyib. Onun sözlərinə görə, OPEC bu ilin sentyabrında Əlcəzairdə keçiriləcək 15-ci Beynəlxalq Energetika Forumu çərçivəsində qeyri-rəsmi müzakirələr aparmağı planlaşdırır.    
 
M.Saleh bildirib ki, bu ilin fevralından etibarən dünyanın müxtəlif regionlarında hasilatın azalması, tədarükdə fasilələrin olması və ehtiyatların azalmasından sonra neftin qiymətində stabil yüksəlmə müşahidə edilib. O qeyd edib ki, bir qədər əvvəl neftin ucuzlaşması və hazırda bazarda dəyişkənlik  müvəqqəti xarakter daşıyır. Onun fikrincə, bu dəyişiklik neft hasilatında marjanın aşağı düşməsi, ifrat dərəcədə ehtiyatların, xüsusilə də neft məhsullarının olması, "Brexit” və onun maliyyə bazarlarına təsiri ilə əlaqədardır.   
 
Nazir əlavə edib ki, neft istehlakçısı olan böyük dövlətlərin iqtisadi göstəricilərinin yaxşılaşacağı gözlənilir: "OPEC vəziyyəti diqqətlə izləməkdədir, təşkilat neft bazarında sifarişlərin sabitliyinin təmin edilməsi üçün yolların və vasitələrin müəyyənləşdirilməsi məqsədilə daimi olaraq təşkilata üzv ölkələrlə müzakirələr aparır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol