• $
  • €
  • ₽
  • ₺
  • £

İran Ermənistana təbii qaz ixracını azaldacaq

İran Ermənistana təbii qaz ixracını azaldacaq
08.08.2016 14:37
Həmidrza Əraki: Həmin müəssisə Türkmənistandan təbii qazı alıb İrana çatdıracaq

Bu ilin sentyabrından İran Ermənistana ixrac etdiyi təbii qazın həcmini azaldacaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İranın neft sənayesi nazirinin müavini Həmidrza Əraki bildirib.
Onun sözlərinə görə, bu ilin iyulunda Ermənistanın daha çox təbii qaza ehtiyacı var idi: "Biz onların təklifini nəzərə alıb, ixrac etdiyimiz təbii qazın həcmini artırdıq. İki ölkə arasında bağlanan müqavilədə müəyyən həcm nəzərdə tutulduğundan sentyabrdan yanacağın həcmini azaldacağıq".

Qeyd edək ki, ötən ay Gürcüstanla Rusiya arasındakı təbii qaz kəməri təmirə dayandırılmışdı. Həmin xətlə təbii qazın nəqli dayandırıldığından rəsmi Yerevan İslam Respublikasından Ermənistana ixrac etdiyi "mavi yanacağ"ın həcminin artırılmasını istəmişdi.

Nazir müavini Türkmənistan təbii qazının İran vasitəsilə Azərbaycana ötürülməsi məsələsinə də münasibət bildirib: "Bunu İranın özəl şirkəti həyata keçirəcək. Bu şirkət Azərbaycan və İran hökumətlərinə bağlı deyil. Həmin müəssisə Türkmənistandan təbii qazı alıb İrana çatdıracaq. Biz isə onu Azərbaycana satmağı planlaşdırırıq".

H.Əraki Naxçıvanın "mavi yanacaq"la təmin edilməsi üçün Azərbaycanla İran arasında bu istiqamətdə təbii qaz mübadiləsinin aparıldğını da vurğulayıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol