Stoltenberq: "Türkiyə bizim üçün vacib müttəfiqdir"

"NATO Türkiyədə nüfuzunu artırıb".
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə səfəri çərçivəsində NTV telekanalına müsahibə verərkən deyib.
Onun fikrincə, çevrilişə cəhdin baş verməsi Türkiyənin NATO-dakı üzvlüyünə təsir edə bilməz.
"Bu fikirlər əsassızdır. Türkiyə NATO üçün vacib müttəfiqdir, xüsusən Yaxın Şərqdə", - deyə katib qeyd edib.
O əlavə edib ki, NATO Türkiyədə nüfuzunu artırıb.
www.ann.az
























