• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya tarixinin ən bahalı boşanması baş tutur - FOTOLAR

Dünya tarixinin ən bahalı boşanması baş tutur - FOTOLAR
08.08.2017 18:20
Rusiyalı milyarder, Britaniyada yaşayan Roman Abravomiç xanımı Darya Jukova ilə boşanır.

anews.az milli.az-a istinadən bildirir ki, 50 yaşlı R.Abramoviç və 36 yaşlı D.Jukova bununla bağlı birgə bəyanat da yayıblar.

"10 illik birgə həyatdan sonra ayrılmağımızla bağlı çətin qərar verdik. Lakin yaxın dostlar, iki gözəl övladın valideynləri, birlikdə başlayaraq inkişaf etdirdiyimiz layihələrdə tərəfdaş olaraq qalacağıq”, - bəyanatda deyilir.

R.Abramoviç və D.Jukova övladlarını - 7 yaşlı Aaron Aleksandrı və 4 yaşlı Leyanı birgə böyüdəcəklərini də vurğulayıblar.

Darya Jukova Rusiyanın neft maqnatı, milyarder Aleksandr Jukovun qızıdır. O, R.Abramoviçlə 2005-ci ildə, 23 yaşı olanda tanış olub.

Həmin vaxt R.Abramoviç ikinci nikahda idi və İrina Malandina ilə evli idi. 16 il davam etmiş bu nikahda rusiyalı milyarderin 5 övladı doğulub.

2007-ci ilin martında Abramoviç Malandina ilə boşanıb. Malandina "təzminat” qismində 300 milyon dollar, İngiltərənin Uest-Sasseks qraflığında malikanə, Londonda iki superlüks apartament, Fransada "Shateau de la Croe” qəsrini, özəl reaktiv təyyarə və yaxta almışdı.

Roman Abramoviç 9,2 milyard dollarlıq sərvət sahibidir.

Darya Jukovanın boşanmadan sonra minimum 2 milyard dollar təzminat alacağı gözlənilir.

Bu isə dünya tarixində ən bahalı boşanma olacaq.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol