• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən zəngin deputatları bu ölkədədir - SİYAHI

Dünyanın ən zəngin deputatları bu ölkədədir - SİYAHI
08.08.2017 20:00
Ukrayna deputatları rəsmi əmək haqqının səviyyəsinə görə Avropa ölkələri arasında birinci yeri tutur.

Publika.az xəbər verir ki, Avropa ölkələrində deputatların əmək haqları üzrə statistikanı "Deutsche Welle” nəşri dərc edib.

Yoxsulluq və korrupsiyanın yüksək olduğu ölkədə hər ikinci deputat multimilyonçudur. Deputatların təxminən 20 faizinin şəxsi təyyarələri, yaxtaları və vertolyotları var. Təxminən 96 faizi Ukraynanın ən böyük müəssisələrinə sahibdir, hərçənd Ukrayna qanunları üzrə bu qadağandır.

İkinci yer fransalı deputatlar tuturlar. Onlar orta əmək haqqından təxminən altı dəfə çox alırlar. Sonrakı yerlərdə Almaniya (orta əmək haqqından 5,5 dəfə çox), İtaliya (orta əmək haqqından 5 dəfə çox) və Slovakiya (orta əmək haqqından 4 dəfə çox) deputatları qərarlaşıblar.

Bolqarıstan, Lüksemburq və Macarıstan kimi ölkələrdə isə deputatın əmək haqları orta əmək haqqından hətta iki dəfə çox deyil.

Qeyd edək ki, İsveçrənin nüfuzlu "Creduit Suisse” bankının məlumatına görə, Avropanın ən kasıb sakinləri Ukraynada yaşayır. "Bloomberg” agentliyinin ötən il açıqladığı siyahıya görə isə Ukrayna dünyanın "ən bədbəxt” iqtisadiyyatı olan ölkələrin reytinqində liderlik edir. Ukrayna ümumilikdə dünyanın ən yoxsul 20 ölkəsi arasındadır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol