• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər xərçəngin öhdəsindən gəlib

Alimlər xərçəngin öhdəsindən gəlib
02.02.2018 23:18
Stenford Universitetinin alimləri müalicəsi olmayan metastazlı xərçəngdən əziyyət çəkən siçanlarda şişli hüceyrələri kənarlaşdırmağa nail olub.

Anews.az xəbər verir ki, bu barədə lenta.ru "MedicalXpress”də dərc olunan pres-relizə istinadən məlumat yayıb.

Məlumata görə, tədqiqatçılar bunun üçün bədxassəli şişli toxumalara müəyyən miqdarda immun-stimullaşdırıcı preparat yeridib.

T-limfositlər – immun hüceyrələr antigeni olan hüceyrələri, o cümlədən şişli hüceyrələri müəyyən edərək, onlara hücum edir. Ancaq xərçəngin inkişafı ilə bədxassəli toxumalar T-hüceyrələrə qarşı davamlılıq əldə edir, nəticədə, immunitetin cavabı qeyri-effektiv olur. 

Resistent, yəni müqavimət göstərən şişlərlə mübarizədə həkimlər hibrid zülallardan istifadə edir. Bu zülalların sayəsində limfositlər yenidən proqramlaşdırılır və xərçəngə qarşı mübarizədə daha sabitqədəm olur. Ancaq bu və digər yanaşmalar çox baha başa gəlir və bir çox hallarda arzuolunmaz yan təsirlərə səbəb olur.

Yeni metoda görə, DNT-nin qısa sahəsinin (CpG – oliqonukleotid)  şişli toxumasına iynə vurulur. İmmun stimullaşdırıcı preparat T-hüceyrələrin səthində yerləşən 0X40 zülalının sitezini sürətləndirir. Bədxassəli toxumaya yeridilən digər maddə – 0X40-la rabitə yaradan anti-cisimdir. 

Nəticədə alimlər yalnız bədxassəli toxumalara qarşı mübarizə aparan T-hüceyrələrinin kiçik populyasiyasını əldə edib. Müalicə prosesində onlar şişi tərk edib orqanizmin digər hissələrinə  düşür və mümkün metastazları müəyyən edir. Süd vəzisinin xərçəngindən əziyyət çəkən siçanlarda inyeksiya təkcə dərman yeridilmiş törəmələri deyil, eyni zamanda, toxunulmamış digər şişlərin azalmasına vasitəçilik edib. Nəticə etibarilə sınaqda istifadə olunan gəmiricilərin ömrü əhəmiyyətli dərəcədə uzanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol