• $
  • €
  • ₽
  • ₺
  • £

Erotik məzmunlu videolardan asılılıq artır

Erotik məzmunlu videolardan asılılıq artır
04.04.2018 22:19
Pornoqrafik videolara ilk baxışın orta yaş həddi 11 yaşa çatıb.

Anew.az xəbər verir ki, bu barədə "Culture Reframed” tədqiqat təşkilatı "Chicago Tribune” nəşriyyatında hissə-hissə nəşr olunan məqalələrində məlumat verib.

Yetkinlik yaşına çatmayanlar arasında erotik məzmunlu videolardan asılılıq artır.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, porno vasitəsilə yayılan məşhur damğalar – sərt seks, zorakılıq, qadınların obyektə çevrilməsi, özünü idarə edə bilməyən heyvan kimi kişi obrazı uşaqlarda dünyagörüşünü düzgün formalaşdırmaya bilər.

Gənclər depressiya və erektil disfunksiya ilə üzləşə bilərlər, çünki real qadınlara deyil, ancaq ekranda gördükləri qızlara meyil göstərəcəklər. Bununla yanaşı, yeniyetmələrin böyük bir hissəsi (94%-dən çoxu) 14 yaşında artıq daimi porno izləyicisi olurlar.

Böyüklər üçün videoların internetdə yayılması və onun uşaqlar üçün əlçatan olması, yeniyetmələr arasında pornoasılılığı artırıb. Keçmiş "narkoman” Devid Peysli (David Paisley) deyir ki, onun ilk noutbuku olan kimi ailəsi hiss edib ki, o, daima yorğun görünür.

O, boynuna alıb ki, səhər saat 3-4-ə kimi yatmır, çünki pornoya baxır, yuxusuzluqdan sonra isə məktəbə gedir, evə qayıdan kimi kompüterinin yanına qaçır.

29 yaşlı Peysli izah edir ki, uşaqlıqda bu asılılıq onu tamamilə udmuşdu və bununla mübarizə aparmaq çox çətin idi:

"Bu yaşda sən o qədər bununla doyursan ki, nə edəcəyini bilmirsən. Bu, axı əvvəllər hiss etdiklərinə bənzəmir”.

"Culture Reframed”in rəhbəri Geyl Dayns (Gail Dines) fərz edir ki, pornoqrafiya insan seksuallığını məhv edir. Sosioloq saytlara giriş üçün yaş məhdudiyyətinin qoyulması fikrilə tam razıdır.

"Pornoya baxan uşaqların yaşı az olduqca, onların qadınlara və qızlara həvəsi də azalır, çox güman ki, onlar bu zəmində seksual cinayətlər törədəcəklər”, - o iddia edir.

Tədqiqat Britaniya hökumətinin pornosayt izləyicilərinin yaş həddinin yoxlanılması təşəbbüsündən ilhamlanaraq aparılıb. Müvafiq girişi əldə etmək üçün vətəndaşlar "Age Checked” milli nəzarət sistemində qeydiyyat vəsiqəsi yaratmalıdırlar. Amerikalı fəallar güman edirlər ki, ABŞ-a da eyni yoxlanış mexanizmi lazımdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol