• $
  • €
  • ₽
  • ₺
  • £

Delfinlərin nəsli kəsilə bilər

Delfinlərin nəsli kəsilə bilər
04.04.2019 22:00
Yer planetində orta temperatur indiki templə artmağa davam etsə, bütün delfin növlərinin nəsli kəsilə bilər.

Bu barədə TASS Sürix Universitetinin mütəxəsislərinin apardığı araşdırmaya istinadən xəbər verir.

Alimlər Avstraliyanın qərbində yerləşən Şark körfəzində delfinlərin populyasiyasını tədqiq edib və belə bir nəticəyə gəlib ki, istiləşmənin fəsadları okean flora və faunası üçün əvvəl düşünüldüyündən daha ağır olacaq.

2011-ci ilin əvvəlində bu bölgəyə güclü hərarət dalğası daxil olub. Körfəzdə temperatur 4 dərəcə (selsi - red.) qalxıb. 2007-2017-ci illər ərzində delfinlərlə bağlı müşahidələr əsasında toplanmış məlumatların təhlili onu göstərir ki, 2011-ci ildən bəri bu dəniz məməlilərinin sağqalma səviyyəsi 12 faiz aşağı düşüb, körfəzdə isə, ümumiyyətlə, yeni doğulan delfinlərin sayı azalıb.

Tədqiqatçıların fikrincə, temperaturun qalxması bilavasitə delfin populyasiyasına təsir göstərib. Belə ki, hərarətlə əlaqədar delfinlərin cinsi yetkinləşməsi xeyli gecikir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib
Dünya 22:30
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib
Budanov Əbu-Dabidəki danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Dünya 21:59
Budanov Əbu-Dabidəki danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Dünya 20:19
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol