• $
  • €
  • ₽
  • ₺
  • £

İran danışıqlarda ballistik raket tələbini qaldırır

İran danışıqlarda ballistik raket tələbini qaldırır
07.07.2015 13:08

İyulun 6-da İranın nüvə danışıqlarında ölkənin ballistik nüvə proqramına BMT-nin sanksiyaları ilə bağlı mübahisə yaranıb. Hazırda Tehranla dünyanın altı dövləti arasında nüvə danışıqları gedir.

Ballistik raketlər indiyədək danışıqlarda müzakirə olunmayıb, apreldə əldə edilmiş çərçivə sazişinə də salınmayıb. "İranlılar ballistik raket sanksiyalarının qaldırılmasını istəyir,” bir Qərb rəsmisi deyib. "Ancaq bizim buna həvəsimiz yoxdur”.

İranın yüksək rütbəli rəsmisi isə Vyanada jurnalistlərə deyib ki, Tehran BMT-nin böyük silah embarqosunun ləğvini də istəyir. Bir qərb diplomatı isə "bu məsələnin gündəmdə olmadığını” deyib.

Birləşmiş Ştatlar və digər qərb dövlətləri İranın adi silahlara çıxışına məhdudiyyətləri saxlamaq istəyir. Çünki İran Yaxın Şərq, Yəmən və Livanda yaraqlıların fəaliyyətini əsas dəstəkləyənlərdən sayılır.

Birləşmiş Ştatlar apreldə elan edib ki, BMT-nin İran üzrə qaydalarına "adi silahlar və ballistik raketlərə dair mühüm məhdudiyyətlər” əlavə olunacaq. Bu məhdudiyyətlər Konqresin nüvə razılaşmasına dəstəyini saxlamaq üçün də vacibdir.

İranın danışıqlarda təmsilçisi deyib ki, "İran hüquqlarına təkid edir və bildirir ki, BMT sanksiyaları qaldırılanda ballistik raketlər də daxil olmaqla bütün sanksiyalar ləğv olunmalıdır”. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol