Xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir - Fotolar

15:00 | 09.09.2015
Xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir - Fotolar

Xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir - Fotolar

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Fəxrəddin Dadaşov, İlham Namiq Kamal, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.

Habil Əliyevin oğlu sənətkarın ölümünün onların ailəsi üçün böyük itki olduğunu bildirib və dövlətin onlara olan dəstəyini yüksək qiymətləndirib. O, bu dəstəyə görə Prezident İlham Əliyevə və onun ailəsinə təşəkkürünü bildirib.

Canəli Əkbərov da dövlətin Habil Əliyevə olan dəstəyini xüsusi qeyd edib: "Habil Əliyevin Azərbaycan xalqı və musiqisi qarşısında ən böyük xidməti kamançanı ermənilərin əlindən almağı olub".

Mərhum I fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM