Xəbər ANı: Bakıda VI Avropa Film Festivalının açılışı olub

14:08 | 30.10.2015
Xəbər ANı: Bakıda VI Avropa Film Festivalının açılışı olub

Xəbər ANı: Bakıda VI Avropa Film Festivalının açılışı olub

Bakıda VI Avropa Film Festivalının açılışı olub. Tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropa  İttifaqı  ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirlikləri tərəfindən təşkil olunub. Festivalın açılışı münasibətilə oktyabrın 29-da Park Cinema kinoteatrında Avropa İttifaqı  nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və Avropa İttifaqı  ölkələri səfirlərinin mətbuat konfransı keçirilib.

Festivalda Azərbaycan, Avstriya, Belçika, Horvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniya filmləri nümayiş etdiriləcək. Festival Belçikanın "Turkuaz" filmin nümayişi ilə  açıq elan olundu.

Festival çərçivəsində filmlər Park Cinema şəbəkəsinin üç kinoteatrında -  Flame Tower, Park Bulvar və Metroparkda göstəriləcək. Filmlərin bir hissəsi Nizami kinoteatrında da nümayiş etdiriləcək. Bütün seanslara biletlər pulsuz olacaq və onları kinoteatrların kassalarından almaq olar. Avropa İttifaqı  nümayəndəliyi ən yaxşı film üçün müsabiqə elan edir.  Müsabiqə haqda ətraflı məlumatı nümayəndəliyin Facebook səhifəsində əldə etmək olar. Festival noyabr ayının 6-da başa çatacaq. 

Hazırladılar:
Aynur Əlisoy
Rusif Hüseynov


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM