Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb.
Bu barədə "Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.
Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: "Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da keçirilən parlament seçksində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən C.Məmmədovun namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, o, 62,7% səslə deputat seçilib.
2015-ci ilin parlament seçkilərinə qədər ali təhsil müəssisələrinin rektorları bu vəzifə ilə yanaşı, Milli Məclisin deputatı da ola bilirdilər. Həmin il keçirilən seçkilərdən sonra bir şəxsin həm rektor, həm də deputat vəzifəsini tutması təcrübəsinə son qoyulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !