Yeni nazir Sahil Babayev kimdir? - DOSYE

18:19 | 21.04.2018
Yeni nazir Sahil Babayev kimdir? - DOSYE

Yeni nazir Sahil Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.


Qaynarinfo-nun verdiyi xəbərə görə, Səlim Müslümovu əvəzləyən Sahil Babayev əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.


Sahil Babayev 1980-ci ildə anadan olub.


2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.


1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.


2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.


2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.


Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.


Ailəlidir, 1 övladı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM