Yerdən uzaq, göyə yaxın Balaxanı - FOTOLAR

09:24 | 03.07.2015
Yerdən uzaq, göyə yaxın Balaxanı - FOTOLAR

Yerdən uzaq, göyə yaxın Balaxanı - FOTOLAR

 
Balaxanı Bakının ən qədim kəndlərindən biri hesab olunur. Kənd Bakının şimal-şərqində, Abşeron yarımadasının ortasında yerləşir. Şimal səmtindəki yüksəklikdə kəndi iki – "Yuxarı" və "Aşağı" – məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi "Canhüseyn məhəlləsi" adlanır. 

Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın inşa olunub, qəsəbə boyu ensiz küçələr uzanır, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 

Qeyd edək ki, bu kənd özünün qədim tarixi abidələri ilə də məşhurdur.

ANN.Az qədim yaşayış məskənindən hazırlanmış fotosessiyanı oxuculara təqdim edir
 





 
Hazırda zibillik içərisində olan bu yer 1636-cı ildə inşa olunub - Hacı Ruhulla evi adlanır. Yerli sakinlərin Şah Səfi Karvansarayı adlandırdığı bina kəndin mərkəzində yerləşir. Uzun illər bu karvansaraydan anbar kimi istifadə olunub.Yerli əhəngdaşı materiallarından tikilmiş bina çatma tavanlı, dördbucaq şəklindədir. Oxvari qapıların üstündə vaxtilə yazı olub. Qapı tağı söküldüyündən həmin yazısı olan daş kitabə də it-bata düşüb.  
 
 














 
 
 

Bu bir neçə əsrlik  tarixə malik hamamdır. İndi bərbad durumda olan bu bina hasarlanıb və içərisi də dəhşətli vəziyyətdədir.
 





 
 

19-cu əsrə aid və hazırda yerlə-yeksan olmuş yaşayış evi


 
 
 
Balaxanı məscidinin minarəsi 











 
 
Şirvanşah əmiri Xaçə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş ovdan və quyu.  Balaxanıdakı 40 pilləkanlı su ovdanı insanların suya olan tələbatına görə inşa edilib. Əvvəllər sakinlər su quyusunun ortasında olan çarxa ip bağlayarmışlar və onu da atlara bərkidərmişlər ki, ovdandan su çəksinlər. Bu yolla su arxlara, eləcə də Qum hamamına da gedərmiş. 

Uzun illər su ovdanı zibilliklərin içərisində qalıb. Kənd sakinlərinin köməkliyi sayəsində su ovdanı təmizlənib və ondan XIV əsrdən XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel inqilabına qədər istifadə olunub. Yeddi metr dərinliyi olan bu ovdan Balaxanı sakinləri üçün təmiz sudan istifadə üçün nəzərdə tutulubmuş. İndiki durumu isə göz qabağındadır. 

Yerli ağsaqqaların sözlərinə görə, buradan yerin dərinliyinə 125 pilləkən enirmiş.





 
 
Balaxanının köhnə qəbiristanlığı



 "Pirə Moulo" piri
 






















 
Fotoların müəllifi Fərqanə Novruzovadır

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM