Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb

10:54 | 23.05.2022
Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb

Anar Kərimov TÜRKSOY-un Baş katibi ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov mayın 21-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Görüş zamanı nazir mayın 19-20-də Şuşa şəhərində keçirilən "Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda aktiv iştirakına görə S.Rayevə təşəkkürünü bildirib.

Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolunu vurğulayıb, eləcə də türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini qeyd edib.

Nazir, həmçinin, Azərbaycanın təşəbbüskarı olduğu bir sıra bu qəbildən olan beynəlxalq layihələrin, tədbirlərin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Rayev də, öz növbəsində, nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində mədəni tədbirlərin təşkilini təqdirəlayiq olduğunu və Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazır olduqlarını qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb