Aqşin övladından imtina etdi - VİDEO

10:25 | 18.06.2014
Aqşin övladından imtina etdi - VİDEO

Aqşin övladından imtina etdi - VİDEO

Tanınmış şair, ağır xəstəliyi ilə əlaqədar hazırda klinikada müalicə alan Aqşin Yenisey birinci həyat yoldaşı yazıçı Aysel Əlizadə ilə birgə nikahdan olan qızından imtina edib. 
Bu, şairin tanınmış telejurnalist Mirşahinə verdiyi müsahibəsi zamanı bəlli olub. Mirşahin ona “neçə övladınız var?” sualını verdikdə, şair “bir oğlum var” deyə cavablandırıb. Aqşin oğlunun 3 ay əvvəl dünyaya gəldiyini də əlavə edib. 
Qeyd edək ki, Aqşin Yeniseylə Aysel Əlizadənin birgə nikahdan İzel adlı bir qızı var. 
Xatırladaq ki, ictimaiyyət Aqşin Yeniseyin nəinki qızından imtina etdiyi, hətta Aysel Əlizadə ilə aralarında normal münasibətlərin olduğu qənaətində idi. Çünki Aqşinin vəziyyətinin kritik həddə olduğu bir vaxtda onu xəstəxanaya məhz Aysel Əlizadə aparmışdı. Aysel Əlizadənin sosial şəbəkələrindəki statuslarından da məlum olur ki, Aqşinin qızı ilə əlaqələri mövcud olub və onunla vaxtaşırı əlaqə saxlayırmış. Bütün bunlardan sonra Aqşinin İzeli övladı sırasına qatmamağı maraq doğurur. 
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Aysel Əlizadə ilə əlaqə saxlayıb. Yazıçı xanım keçmiş ərinin belə bir açıqlamasına sərt reaksiya verib. Onun mövzu ilə bağlı geniş müsahibəsini az sonra oxuculara təqdim edəcəyik. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM