AYB-dən Naxçıvan yazıçılarına - Cavab

15:11 | 25.06.2014
AYB-dən Naxçıvan yazıçılarına - Cavab

AYB-dən Naxçıvan yazıçılarına - Cavab

Xalq yazıçısı Anar Naxçıvan yazıçılarının AYB-nin XII qurultayından sonrakı narazılıqlarına münasibət bildirib. 
ANN.Az 1937.az-a istinadən xəbər verir ki,  o, qurultayda iştirak edən nümayəndə heyətinə eyni dərəcədə münasibət göstərildiyini deyib: “Düzü mən hələ bilmirəm ki, bu Naxçıvan şöbəsinin sədri yazıçıdır, şairdir,  yoxsa tərcüməçi. Ancaq onların iradlarını haqsız sayıram. Çünki İsa Həbibəyli Bakıda yaşasa da ,hələ də Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin üzvüdür. Qurultayda da hamıdan əvvəl elə o çıxış etdi. Qaldı ki, yer məsələsinə, biz ilk sıraları qonaqlar üçün saxlamışdıq. Qalan yerlərdə isə qurultay nümayəndələri oturmalı idilər. Yəni heç kimə xüsusi yer göstərilmirdi. Kim harda istəyirdisə, otura bilirdi. Birdəki, Naxçıvan nümayəndə heyəti gələndə ilk olaraq bizimlə görüşməli idilər. Qurultaydan sonra da hansısa narazılıqları olsa idi, yenə gəlib bizə bildirməli idilər. Daha gedib mətbuatda çıxış etmələri doğru deyildi. Biz hətta onların burada gecələmələri üçün otel pullarını da ödəmişdik”.
***
Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Məmməd İsmayılın qurutaydakı çıxışına münasibət bildirib.
O, şairin çıxışını haqsız hesab edir: “Həmin bu insan qurultaydan öncə Anar müəllimə müraciət etdi ki, mənim imkanım yoxdur Azərbaycana gəlməyə, xahiş edirəm ki, mənə bilet alasınız. Anar müəllim də məni çağırdı ki, xahiş edirəm ki, ona bilet alasan. Sonra o bizə yenidən müraciət etdi ki, mən on gün Bakıda qalmaq istəyirəm, buna görə də xahiş edirəm, biletin qayıdış vaxtını dəyişdirəsiniz. Biz də biletin cəriməsini ödəyib, vaxtını dəyişdirdik. O isə Bakıya gələndən sonra başladı Anar müəllimi tənqid etməyə. Görünür, az olub onun üçün. Qurultaydan sonra bizim Finlandiyadakı nümayəndəmiz Tahirə Cəfərova gəlib dedi ki, biz bir qrup şairin şeirlərini Finlandiyada tərcümə etmək istəyirik. Ancaq istəyirəm ki, sizin verdiyiniz siyahıdan Məmməd İsmayılın adını çıxardım. Çünki o, qurultayda sizin əleyhinizə çıxış edib. Anar müəllim isə buna etiraz etdi və dedi ki, o, şairdir və buna görə də mütləq gərək həmin kitabda onun şeirləri də yer alsın. İndi baxın, bu Anarın məntiqidir, bu isə Məmməd İsmayılın”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM